Xəbər lenti

Samuxda döyülərək başı qırxılan gəlindən yeni xəbər
Ölkə07:49 26.07.2017

Samuxda döyülərək başı qırxılan gəlindən yeni xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samux rayonunda qayınanası, əri və valideynləri tərəfindən təhqir olunduğu üçün intihara cəhd edən İlahə Pənahovanın vəziyyəti normaldır.

"Qaynarinfo" xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumatı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. O bildirib ki, həm Samux rayon polis rəisinin müavini, həm də gəlinin özü ilə əlaqə saxlayıb:

"İlahədən rayona qayıdıb-qayıtmayacağını soruşdum. Dedi ki, qayıtmayacaq. Mən də onu sığınacağa dəvət etdim. Həkimlər hazırda onun vəziyyətinin normal olduğunu deyir. Nömrəmi vermişəm, nə kömək lazım olsa, hazırıq. Sığınacağa gəldikdən sonra hər şeyi ətraflı danışacağıq.

Samux rayon polis rəisinin müavini ilə də danışdım. Qayınanasıgil gəlinin başının qırxılması məsələsini təkzib edir. Onlar deyir ki, gəlinin başına balta dəyib. O hissəni təmizləmək üçün saçı kəsiblər.

Qız hazırda Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasından. Xəstəxanadan sonra arzu etsə sığınacağa daxil olacaq”.

Xatırladaq ki, Samuxun Ziyadlı kənd sakini İ. Pənahova qayınanası və əri tərəfindən döyülmüş, daha sonra saçı qırxılmışdı. Bu səbəbdən gəlin siçan dərmanı içərək intihara cəhd etdiyi deyilir. Hadisənin qadının evə yad kişi saldığı üçün baş verdiyi iddia olunur.

Başqa bir məlumata görə isə gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynatası, qaynanası və əri tərəfindən döyülüb, başı qırxılıb. Sonra P.İ atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü deyəndən sonra atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra qızını boğmağa çalışıb. Məlumata görə, qızın anası gəmiricilərin məhv olunması üçün nəzərdə tutulan zəhərli dərmanı qızına zorla içirib.

Gənc qadın valideynləri tərəfindən məruz qaldığı işgəncələrdən sonra küçəyə qaçıb və huşunu itirərək yerə yıxılıb. Ətrafdakılar tərəfindən təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc qadının əri həyat yoldaşı ilə birlikdə olan kişini bıçaqlayıb. 

Qadının atası 1955-ci il təvəllüdlü Famil Məhrrəmov Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Samux RPŞ-də araşdırmalara başlanılıb.

Qaynarinfo.Az