Xəbər lenti

Samuxda güclü yanğın: FHN-in təyyarəsi və helikopteri hadisə yerində
Ölkə06:53 08.07.2018

Samuxda güclü yanğın: FHN-in təyyarəsi və helikopteri hadisə yerində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Bir istiqamətdə yanğının qarşısı alınıb.
Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə aınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.