Xəbər lenti

Samuxda heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi
Ölkə 16:57 22.11.2025

Samuxda heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi

Sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.

"Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V.Bayramquliyev olması müəyyən edilib.

Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->