Xəbər lenti

Samuxda yol qəzası baş verib - Xəsarət alan var
Ölkə15:39 09.05.2016

Samuxda yol qəzası baş verib - Xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Samuxda bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Çobanabdallı kəndi yaxınlığında qeydə alınıb.
Rayon sakini 1982-ci il təvəllüdlü Ramil Bəşirov idarə etdiyi “Hyunday” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və “BMV” markalı minik avtomobilinə  çırpılıb. Qəza zamanı “Hyunday”-ın sürücüsü  R. Bəşirov xəsarət alıb və Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaynarinfo.az