Xəbər lenti

Sankt-Peterburqda dəhşətli qəza törədən Qasımovun qanında kokain aşkarlanıb
Ölkə12:34 27.02.2019

Sankt-Peterburqda dəhşətli qəza törədən Qasımovun qanında kokain aşkarlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sankt-Peterburq şəhərində idarə etdiyi BMW markalı avtonobillə dəhşətli qəza törətmiş azərbaycanlı Murad Qasımovun bədənində kokain aşkarlanıb.
Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaq zamanı onun qanında digər narkotik vasitə və psixotrop maddələrin də olduğu məlum olub. Qasımov saxlanılandan sonra bunu etiraf edib. Onun qəzadan bir neçə saniyə öncə azot oksid qazı sorduğuna dair görüntülər də əldə edilib.
Qeyd edək ki, Murad Qasımov fevralın 24-də BMW markalı avtomobillə idarəetməni itirərək, piyadaların yoluna çıxmış və 2 nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş vermişdi.
Faktla bağlı araşdırmalar davam etdirilir.