Xəbər lenti

Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər
Ölkə19:00 27.02.2017

Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın "Uralskie avialinii" aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.

Trend bildirir ki, icazə daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın səsverməsindən sonra verilib

Məlumata görə, şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək.

Qeyd edək ki, hazırda bu reys üzrə uçuşları "Rossiya" aviaşirkəti həftədə 7 dəfə həyata keçirir. Bununla da, yay uçuşları cədvəlinə uyğun olaraq Sankt-Peterburq-Bakı reysləri həftədə 10 dəfə baş tuta bilər.

Qaynarinfo.Az