Xəbər lenti

Saray avtobuslarının Sumqayıta girişinə qadağa qoyuldu
Ölkə16:20 24.04.2018

Saray avtobuslarının Sumqayıta girişinə qadağa qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən etibarən Abşeron rayonunun Saray qəsəbəsindən şəhər mərkəzinə və Sumqayıt istiqamətinə sərnişin daşıma ilə məşğul olan "501”, "503”, "520”, "522” və "585” saylı marşrutların hərəkətinə məhdudiyyət qoyulub.
Virtualaz.org xəbər verir ki, nəticədə, sakinlər bir neçə kilometr məsəfəni piyada getmək məcburiyyətində qalıblar. Qərardan ən çox əziyyət çəkənlər isə Bakıda, Sumqayıtda və Saray qəsəbəsində işləyənlər, təhsil alan tələbələr olub.
Sakinlər bu qərarın hansı səbəbdən verilməsindən xəbərsiz olsalar da, Sumqayıt Nəqliyyat Departamentinə icra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən göstəriş verildiyini deyiblər.
Əvvəllər həmin marşrutlar Bakı Avtovağzalından çıxıb Saray qəsəbəsini keçməklə Sumqayıtın 18, 12, 13, "Şərq Bazarı”, 6 və 5-ci mikrorayonlarında dayanıb sərnişin toplayırdılarsa, indi sürücülərə Saraydan 18-ci mikrorayona daxil olub Çerkassı küçəsi ilə birbaşa şəhər Avtovağzalına getmələri göstəriş verilib.
Yaranmış vəziyyətlə bağlı Sumqayıt Nəqliyyat Departamenti və Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.