Xəbər lenti

Sarı zolaqla bağlı son qərar
Ölkə08:03 01.07.2015

Sarı zolaqla bağlı son qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. 

BDYPİ-dən  APA-ya verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.

BDYPİ-dən həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.

BDYPİ yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.

Qaynar.info