
"Sarkisyan Qarabağda olan erməni hərbi birləşmələrinə nələr lazım olduğunu və təchizatında hansı problemlərin olduğunu bilib, həll etməkdir".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Azər Qasımlı Ermənistan prezidenti Serj Sarkisyanın Xankəndinə səfər etməsinə münasibət bildirərkən deyib.
Azər Qasımlının sözlərinə görə, səfərin əsas məqsədi Dağlıq Qarabağdakı hərbi vəziyyət, əhalinin ruh yüksəkliyinin yerindəcə öyrənməkdir: "Sarkisiyan bu səfərlə həm qondarma DQR rəhbərliyinə, həm də orda yaşayan sakinlərə Ermənistanın onların arxasında olduğunu bildirmək istəyir. Onlara inam vermək, vəziyyətin hələ də pis olmadığını göstərmək üçün bu səfəri həyata keçirib.

Azər Qasımlı
Həmçinin Sarkisyan Qarabağda olan erməni hərbi birləşmələrinə nələr lazım olduğunu və təchizatında hansı problemlərin olduğunu bilib, həll etməkdir. Ehtimal ki, Dağlıq Qarabağ probleminin həlli mövzusunda gedən danışıqlarla əlaqədar vəziyyəti uzlaşdırmaq istəyir. Təssüflər olsun ki, bu danışıqlar Minsk Qrupu çərçivəsindən çıxmayıb. Əslində bu çərçivənin də dəyişməsinə ehtiyac var".
Azər Qasımlı bildirir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində belə, bu gün danışıqlar getmir: "Bu danışıqlar Ermənistan-Rrusiya-Azərbaycan çərçivəsində gedir. Yəni burda daha çox Rusiya moderatorluq etmək istəyir. Rusiya bu problemi həll edə biləcək yeganə ölkə kimi özünü göstərmək istəyir. Düşünürəm ki, hazırda bu formatda danışıqlar gedir. Ola bilsin ki, Sərksiyan da qondarma DQR rəhbərliyi və ordakı insanlarla bu məsələni uzlaşdırmaq istəyir. Sarksiyanın Qarabağ səfərinə vadar edən amillərdən biri də bu ola bilər".
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan aprelin 18-də işğal altında olan Azərbaycan torpaqlarına baş çəkib.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az