Xəbər lenti

Sarkisyan da Polşaya gedir
Ölkə19:59 07.07.2016

Sarkisyan da Polşaya gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan prezidenti Serj Sarkisyan NATO sammiti çərçivəsində keçiriləcək  Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının görüşündə  iştirak etmək üçün Varşavaya səfər edəcək.  

Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.  

Məlumata görə, görüş Alyansa üzv olan və olmayan dövlətlərin prezidentləri və hökumət rəhbərləri formatında keçiriləcək.   

Səfər çərçivəsində Sarkisyanın Varşavada bir neçə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.  

APA-nın bundan əvvəl verdiyi xəbərə görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin NATOsammiti çərçivəsində müzakirə olunacağını bildirib.  “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib.

Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.  

Qaynarinfo.az