Xəbər lenti

Sarkisyan müdafiə nazirinə Azərbaycanla bağlı nə deyib?
Ölkə12:35 22.06.2016

Sarkisyan müdafiə nazirinə Azərbaycanla bağlı nə deyib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan ordusunun yüksəkvəzifəli generallarının istefası və korrupsiya əməllərinin üzə çıxmasından sonra prezident Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan arasında xüsusi görüş olub.
Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.
“İlk növbədə Sarkisyan müdafiə naziri Ohanyana bunları deyib. Azərbaycan faktorunu nəzərə alanda onu hələ ki, vəzifəsindən uzaqlaşdırmaq lazım deyil. Lakin nazir gərək “təmizlənsin”. Yəni ki, Seyran Ohanyan ona görə vəzifədə qalır ki, istefası düşmən əlində təbliğat alətinə çevrilməsin. Bizim məlumatımıza görə, Ohanya yaxın çevrədə öz gələcəyi haqda danışarkən istefa ərizəsini yazmayacağını deyib. Əgər pis işləyirsə, qoy prezident özü onu azad etsin” – “Joxovurd”  belə yazır.
Qaynarinfo.az