Xəbər lenti

Sarkisyan "soyqırım" demədi
Ölkə09:51 08.02.2013

Sarkisyan "soyqırım" demədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda keçiriləcək prezident seçkiləri ilə seçki kampaniyası zamanı çıxış edən prezident Serj Sarkisyan 1915-ci il hadisələrindən danışıb.

Qaynar.info-nun məlumatına görə, Sarkisyan çıxışlarının birində "Medz Yegern" (Böyük Fəlakət) ifadəsinin "soyqırım"la eyni məna ifadə etdiyini və heç bir fərqin olmadığını deyib.

"ABŞ prezidenti Barak Obama "soyqırım" kəlməsini tələffüz etməsə belə "yegern" ifadəsini işlətməklə hər şeyi deyib. Onsuz das soyqırım kəlməsini tələffüz etmiş olsaydı belə yenə narazılıq edib "niyə iki dəfə söyləmədi" deyəcəkdik" deyib.

Ancaq Sarkisyanın "yegern" sözünü işlətməsi diaspora və erməni mətbuatında böyük narazılığa səbəb olub. ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin əsas mətbu orqanlarından olan "Asbarez" qəzeti Sarkisyanın soyqırım dərsi almasının vacibliyini yazıb. Qəzetin şəhrçilərindən olan Ara Xaçaturyan da prezidentin bu çıxışını həqarət adlandırıb: "Əgər Sarkisyan həqiqətən də soyqırımla "Medz Yegern"in fərqini bilmirsə, milli mübarizəsi "erməni soyqırımı" ilə bağlı olan bir ölkəni idarə etməməlidir".

Qaynar.info