Xəbər lenti

Sarkisyanın Rusiya fəryadı
Ölkə16:53 10.07.2014

Sarkisyanın Rusiya fəryadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentina səfəri çərçivəsində yerli “La Nacion” nəşrinə müsahibə verən Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycana silah satan Rusiya barədə giley dolu ifadələr işlədib. 

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, o deyib: “Bizdən ötrü çox ağrılıdır və bizim xalq narahatdır ki, bizim strateji tərəfdaşımız Rusiya Azərbaycana silah satır”. 

Bununla yanaşı, Serj Sarkisyan dolayısı ilə Azərbaycanın qarşısında təkbaşına duruş gətirməyəcəklərini etiraf edib və son məqamda yenə də Rusiyanın yardımına ümid etdiklərini vurğulayıb: “Rusiyanın Bakıya silah satmasına baxmayaraq, mən şübhə etmirəm ki, bizim üçün çətin dəqiqələrdə Rusiya götürdüyü öhdəliklərini yerinə yetirəcək”. 

Qaynar.info