Xəbər lenti

Şaxta olacaq, yollar buz bağlayacaq
Ölkə10:26 11.01.2013

Şaxta olacaq, yollar buz bağlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.

Mülayim qərb, cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 dərəcə şaxta,  gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.

Rayonlarda yanvarın 12-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.