Xəbər lenti

Saxta polis yaxalandı
Ölkə08:30 09.01.2014

Saxta polis yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs tutulub
 
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Zaqatala  rayon sakini Ülvi Mustafayev polisə müraciət edərək bildirib ki, həmyerlisi, 26 yaşlı Rövşən Məmmədov rayonun Əmirov küçəsində özünü polis əməkdaşı kimi təqdim edərək onun mobil telefonunu əlindən alıb.
 
R.Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.


Qaynar.info