
Gəncədə vətəndaşı aldadaraq ona saxta pul verən şəxs axtarılır.
Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 41 yaşlı Rafael Orucov polisə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus olan mağazaya gələrək 14 manatlıq alış-veriş etdikdən sonra bir ədəd saxta üsulla hazırlanmış 100 manatlıq kağız pul əsginasını ona verib, 86 manat qalıq pulu alaraq çıxıb gedib.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır, saxta pulu vermiş şəxsin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qaynar.info