
Su tariflərinin bahalaşmasının bizə heç bir aiddiyyəti yoxdur.
Qaynarinfo.az bildirir ki, bu haqda modern.az -a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Suvarma şöbəsinin müdiri Əjdər Cavadov deyib.
Şöbə müdiri qeyd edib ki, bahalaşma "Azərsu"sunun balansında olan sulara aiddir:
"Orada söhbət içməli sudan gedir. Biz əkin sahələrinə suvarma suyu veririk". Ə.Cavadov, həmçinin Ceyranbatan su anabrından satılan suyun tarifinin ləğv edildiyini deyib:
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 m3 suyun topdansatış tarifi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilsin.
Qərar bu gündən qüvvəyə minir. Bizim tariflər 2006-cı ildə Tarif Şurası (TŞ) tərəfindən təsdiq edilib, həmin tariflər də dəyişməz qalıb".
Qeyd edək ki, "Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib.
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
Qaynarinfo.az