Səbail rayonu, Badamdar şosesində avtomobillərin hərəkətini məhdudlaşdırmaq məqsədilə qoyulan beton maneələr ərazidə təhlükəli vəziyyət yaradıb. Mövcud mənzərə göstərir ki, hər an qəza riski qaçılmazdır.
Qaynarinfo xəbər verir ki, minik avtomobilləri beton blokların arasından keçə bilir, lakin ərazidə təhlükəsizliyi təmin edən heç bir xəbərdarlıq nişanı quraşdırılmayıb. Bu isə sürücülərin ciddi narazılığına səbəb olur.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda yerində baxış keçirilib. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və yolun bağlı saxlanılmasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.
Fövqəladə Hallar Nazirliyindən isə qeyd olunub ki, hazırda həmin şosedə müvafiq araşdırma işləri aparılır.
Qeyd edək ki, məsələ ilə bağlı "ARB Xəbər”də süjeti yayımlanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər