
Qusma, ürək bulanması və şiddətli baş ağrısı kimi əlamətləri olan beyin şişinin göstəricilərindən biri də səbəbsiz yerə gülməkdir.
Qaynarinfo.az qadınklubu.com-a istinadən xəbəbr verir ki, Dr. Cüneyt Göçmez, beyin şişləri haqqında açıqlama verib:
“Şiş, insan bədənində toxumaların nəzarətsiz böyüməsidir. Aparılan araşdırmalar göstərir ki, beynin öz hüceyrələrində yaranan şişlər, xoş xassəli, ya da bəd xassəli olur. Beyin şişləri, bütün yaşda müşahidə olunur.”
İnsan öz-özünə qəhqəhə çəkməyə başlayırsa
Beyin şişində hər zaman baş ağrısı ortaya çıxmadığını qeyd edən Dr.Cüneyt Göçmez bu şişlərin bəzən az bilinən əlamətlərlə özünü göstərdiyini də vurğulayıb:
“Beyin şişinin gözlənilməyən və ən maraqlı əlaməti səbəbsiz gülməkdir. İnsan kənardan heç bir təsir olmadan durduğu yerdə qəhqəhə çəkərək gülürsə, demək ki, həmin şəxsdə beyin şişinin olmasına işarə ola bilər. Beyin şişinin digər əlamətləri isə depressiya, cüt görmə, bədənin bir tərəfində keyimə və halsızlıqdır. Yüngül bir baş gicəllənməsi belə, şişin xəbərçisi ola bilər.
Qaynarinfo.az