Xəbər lenti

Səbinə Əvəzqızı xərçəngə tutuldu
Ölkə08:33 19.03.2021

Səbinə Əvəzqızı xərçəngə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.
Yaxınları "Qafqazinfo”ya bildirib ki, hazırda jurnalistin xəstəliyi ağır fazadadır. Həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini bildiriblər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.
Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir.
Qeyd edək ki, S.Əvəzqızı 1990-cı illərdən jurnalistika fəaliyyəti ilə məşğul olur. "Yeni Müsavat”, "Gün Səhər” qəzetlərində, "Həftə içi” qəzetinin Hafta.az saytında işləyib.
Hazırda Lent.az saytının redaktorudur.