Xəbər lenti

Səbinə Mirzəyeva dəfn olundu (FOTO)
Ölkə08:49 04.04.2018

Səbinə Mirzəyeva dəfn olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün vəfat etmiş "Baku Medical Plaza” xəstəxanasında cərrah mama-ginekoloq kimi çalışan Səbinə Mirzəyeva dəfn olunub. 
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, S.Mirzəyeva bu gün "Qurd qapısı” qəbirstanlığında dəfn olunub. 
Qeyd edək ki, S.Mirzəyeva 3-cü mikrorayondakı evində olarkən səhhəti qəfil pisləşib və insult keçirib. O, dərhal çalışdığı "Baku Medical Plaza” xəstəxanasının Nəsimi rayonundakı mərkəzi filialına gətirilib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub və bütün tibbi müdaxilələrə baxmayaraq ginekoloqu həyata qaytarmaq mümkün olmayıb.
Bildirilir ki, S.Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.
Mərhumun təzəlikcə 40 yaşını qeyd etdiyi deyilir.
Allah rəhmət eləsin!