Xəbər lenti

Səbuhi Şahverdiyev həbs olunub? - Baş Prokurorluqdan açıqlama
Ölkə07:52 02.02.2023

Səbuhi Şahverdiyev həbs olunub? - Baş Prokurorluqdan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.
"Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, deyə Baş Prokurorluqdan bildirilib.