Xəbər lenti

Seçici fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlandı
Ölkə07:15 23.12.2019

Seçici fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
Qaynarinfo-nun xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 13,93 faiz olub.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 4,38% olub.
Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı 10:00-dək 8.51 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423361 nəfərinin səs verib.