Xəbər lenti

Seçki bülletenlərinin paylanılmasına start verildi
Ölkə14:46 01.10.2013

Seçki bülletenlərinin paylanılmasına start verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bülletenlərin paylanılması prosesi beynəlxalq müşahidəçilərin iştirakı ilə aparılır

Seçki bülletenlərinin paylanılmasına start verilib. Çap olunmuş 5 milyon 149 min 255 bülleten, Dairə Seçki Komissiyalarına, oradan isə Məntəqə Seçki Komissiyalarına paylanılır. Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirdi ki, bülletenlərin paylanılması prosesi beynəlxalq müşahidəçilərin iştirakı ilə aparılır və xüsusi mühafizə tədbirləri ilə dairə seçki komissiyalarına paylanılır.

“Bülletenlərin səs vermə gününə ən azı 5 gün qalmış müddətədək müvafiq Dairə Seçki Komissiyalarına təhvil verilməsi prosesi baş verir və belə hesab edirik ki, artıq 2 gün müddətində Dairə Seçki Komissiyalarına bülletenlərin verilməsi prosesi başa çatacaq”.

Komissiya üzvü onu da bildirdi ki, bülletenlərin paylanılması gedişində heç bir neqativ hal baş verməyib və proses sona kimi nəzarət altında olacaq. Seçki bülletenlərinin çapına ötən gündən başlanılıb.


Qaynar.info