Xəbər lenti

Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirildi
Ölkə17:03 02.01.2024

Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son iki gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib.
Yaranan problemlə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən APA-nın Naxçıvan bürosuna bildirilib ki, Sədərək Gömrük Postunda TIR-ların buraxılması ilə bağlı heç bir problem yoxdu:
"Sadəcə Türkiyə ilə İran arasında sərhəd qapısında problem yaranıb və bağlanıb. Ona görə TIR-ların hamısı Sədərək Gömrük Postundan keçir və burada sıxlıq yaranıb. Hazırda Türkiyə tərəfdə TIR-lar üçün yalnız bir keçid işləyir. Orada 250-dən çox TIR-ımız var. Sədərək Gömrük Postunda TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdu. Sadəcə qarşı tərəfdə problem həll olunan kimi TIR-lar həmişəki qaydada keçid məntəqəsindən buraxılacaq".
Qeyd edək ki, hazırda yaranan problem nəticəsində gömrükdə sıxlıq yaranıb və iki ölkə arasında neytral zonada da TIR-lar gözləyir.