Xəbər lenti

“Sədərək” Ticarət Mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)
Ölkə09:18 16.11.2018

“Sədərək” Ticarət Mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın söndürülüb.
 
**** 
"Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb. 
Oxu.Az xəbər verir ki, yanğının Yeni il malları satılan anbarda başladığı bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. Hazırda yanğının qarşısı alınır. Yanğın nəticəsində bir neçə mağazanın anbarına ziyan dəyib. 
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.