Xəbər lenti

“Sədərək” ticarət mərkəzindəki yanğın söndürüldü
Ölkə13:38 30.10.2022

“Sədərək” ticarət mərkəzindəki yanğın söndürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sədərək” ticarət mərkəzində yanğın baş verib
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.