Xəbər lenti

Səfər Əbiyev DANIŞDI
Ölkə08:02 02.09.2014

Səfər Əbiyev DANIŞDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq  müdafiə naziri Səfər Əbiyev bizimxeber.az-a açıqlamasında guya onun cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatları şərh edib.
Xatırladaq ki, bir müddət əvvəl əksər KİV-lər guya Avropa ölkələrinin birində müalicə olunan Səfər Əbiyevin hakimiyyət tərəfindən  təcili geri çağırılması haqqında məlumat yaymış və onun həbsinə hazırlıq getdiyini bildirmişdilər.
Səfər Əbiyevin sözlərinə görə, konkret güclərin  yaydığı bu informasiyalar qətiyyən həqiqəti əks etdirmir: “Mən heç vaxt, xüsusilə də xarici ölkədə müalicə olunmamışam. Ümumiyyətlə, sağlamlığımla bağlı heç bir problemim yoxdur. Hazırda Bakıda, öz evimdəyəm.  Bir sıra qüvvələrin yaydığı bu cür yalan məlumatlara görə  çox təəssüflənirəm.
Mən bütüm həyatım boyu öz dövlətimə və xalqıma sadiq olmuşam. Ömrümün sonunadək də mənim öz dövlətimə münasibətim dəyişməz olaraq qalacaq. Haqqımda yayılan yalan informasiyaların arxasında kimin dayandığını yaxşı bilirəm. Onların məqsədi mənimlə ölkə rəhbərliyi arasında sədd yaratmaqdır. Belə mənasız işlərlə məşqul olmaq lazım deyil, ən azı ona görə ki,  onların bütün cəhdləri boşa çıxacaq. Mən öz mövqeyini və dünyagörüşünü tez-tez dəyişən adamlardan deyiləm. Ömrümün sonunadək əsası böyük Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa sadiq qalacağam. Ona görə də bəzi adamların  mənə qarşı yönələn bütün böhtan xarakterli cəhdləri mənasızdır.”
Qaynar.info