Xəbər lenti

Səfər Əbiyev dövləti 100 milyon manat borca salıb
Ölkə05:00 12.06.2014

Səfər Əbiyev dövləti 100 milyon manat borca salıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlətin Azərbaycan hərbçilərinə 100 milyon manatdan çox borcu var. 

Qaynar.info xəbər verir ki, bu sözləri hərbi ekspert Cəsur Sümərənli öz Facebook səhifəsindən yazıb. O, məhz Səfər Əbiyevə görə indiyə qədər hərbçilərin öz halal maaşlarını ala bilmədiklərini deyib: 

 “Səfər Əbiyevin qanunsuz göstərişi ilə 1997-2005-ci illərdə ordunun cəbhə xəttində xidmət edən şəxsi heyəti üçqat əvəzinə ikiqat məvacib alıb. Beləliklə, indiki göstəricilərə görə dövlətin həmin hərbçilərə 100 milyon manatdan artıq borcu var. Orduda (arxa cəbhə) zabitlərin (leytenant) məvacibi 400 manatdan başlayır, ön cəbhədə bu rəqəm 600 manat təşkil edir”.

Qaynar.info