
Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin hazırda Çexiyada olduğu iddia edilir.
Qaynar.info xəbər verir ki, bu barədə Publika.az saytı məlumat yayıb.
Məlumata görə, sabiq nazir yeni ili bu ölkədə qarşılayıb və onun bu həftə Azərbaycana dönəcəyi gözlənilir. Ancaq sabiq nazirin Çexiyaya niyə getdiyi məlum deyil.
Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Qaynar.info