Xəbər lenti

Səfər Əbiyev Moskvaya gedib
Ölkə07:06 22.05.2013

Səfər Əbiyev Moskvaya gedib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev “Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün bu gün Moskvaya yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa dövlətləri müdafiə nazirlərinin dəvət edildiyi konfrans çərçivəsində Azərbaycanın müdafiə nazirinin bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşü nəzərdə tutulur.

Qaynar.info