Xəbər lenti

Səfər Əbiyevin üç köməkçisi işdən çıxarıldı
Ölkə15:25 26.10.2013

Səfər Əbiyevin üç köməkçisi işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyində ciddi kadr dəyişiklikləri davam etdirilir 

Qaynar.info xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, yeni təyin olunan müdafiə naziri Zakir Həsənov ciddi kadr dəyişikləri aparıb.

O, nazirin üç köməkçisini işdən azad edib. Artıq işdən çıxarılanların yerinə yeni təyinatlar da var. Bu barədə məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxladıq.

O, bu barədə məlumatı, nə təkzib, nə də təsdiq etdi. “Hazırda mən məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”. Daha sonra naziliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qaynar.info