Hazırda Rəşid Behbudov adına Mahnı teatrında xalq artisti Şəfiqə Axundovanın vida mərasimi keçirilir.
AzVision.az xəbər verir ki, vida mərasimi saat 13:00-da başlayıb. Mərasimdə bəstəkarın bacısı Rəfiqə Axundova, millət vəkili Qənirə Paşayeva, müğənnilər, bəstəkarlar iştirak edir. Bəstəkarla vida mərasimi saat 15:00-a qədər davam edəcək. Daha sonra o, dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana yola salınacaq.
Qeyd edək ki, xalq artisti iyulun 26-da müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanada dünyasını dəyişib.