Xəbər lenti

Şəfiqə Axundovanın səhhəti pisləşdi
Ölkə06:28 11.04.2013

Şəfiqə Axundovanın səhhəti pisləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova yenidən xəstəxanaya yerləşdirilib. Bir neçə gün öncə səhhəti pisləşən sənətkarı yaxınları Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. 

Bu barədə Modern.az-a bəstəkarın yaxınları məlumat veriblər. Məlum olub ki, Şəfiqə Axundova aprelin 6-dan xəstəxanada müalicə alır. 

Qeyd edək ki, 89 yaşlı Xalq artisti uzun müdddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, Şəfiqə Axundova bu ilin fevralında da səhhəti ağırlaşdığından xəstəxanaya düşmüşdü. 

Qaynar.info