Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat ximdətindən verilən məlumata görə, nazir ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib.
Səfir A.Jurauskas, öz növbəsində, ölkəmizdə çalışdığı müddət ərzində ona yaradılmış şəraitdən məmnunluq bildirib.