Xəbər lenti

Səfirin qatilinin FETÖ ilə əlaqəsi ortaya çıxdı
Ölkə18:50 22.12.2016

Səfirin qatilinin FETÖ ilə əlaqəsi ortaya çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Altıntaşın təmasda olduğu şəxslərdən 8-nin FETÖ-çuların üstünlük verdiyi “ByLock” şifrəli məlumatların mübadiləsi proqramından istifadə etdiyi müəyyənləşib.

“Anadolu” agentliyi bildirir ki, istintaq beş polis əməkdaşının, habelə polis komissarı və onun müavininin “ByLock” proqramından istifadə etdiyini müəyyənləşdirib.

Hazırda qatilin qeyd olunan şəxslərlə əlaqələrinin xarakteri aydınlaşdırılır.

Qaynarinfo.Az