Xəbər lenti

Səfirlik: Gürcüstan saxlanılan Azərbaycan TIR-ları ilə bağlı məsələnin qısa müddətdə həll olunacağına söz verib
Ölkə 20:50 26.11.2025

Səfirlik: Gürcüstan saxlanılan Azərbaycan TIR-ları ilə bağlı məsələnin qısa müddətdə həll olunacağına söz verib

Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.

Bu barədə "Report"un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->