Xəbər lenti

Səfirlik: Gürcüstanda sürüşmə zamanı ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur
Ölkə09:51 04.08.2023

Səfirlik: Gürcüstanda sürüşmə zamanı ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Oni munisipalitetində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə apa-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
"Şovi fəlakət zonasında həlak olan və ya xəsarət almış azərbaycanlılarla bağlı heç bir məlumat daxil olmayıb”, - deyə səfirlikdən bildirilib.
Qeyd olunub ki, səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə məlumat olarsa ictimaiyyətə ötürüləcək.
Qeyd edək ki, sürüşmə nəticəsində 6 nəfər həlak olub, 35 nəfərlə əlaqənin kəsildiyi bildirilir.