Xəbər lenti

“Şəhər içində şəhər” mükafat aldı
Ölkə07:53 26.11.2013

“Şəhər içində şəhər” mükafat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb. 

Qaynar.info xəbər verir ki, noyabrın 20-dən 23-dək Nizami Kino Mərkəzində festivalın müsabiqə proqramına daxil olan filmlər nümayiş etdirilib. Festivalda qaliblər elan olunaraq, mükafatlandırılıb. 

Mərasimin sonunda çıxış edən Turizm Film Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel Bakı Beynəlxalq Turizm Filmləri Festivalının CIFFT-yə üzv qəbul olunduğunu elan edib. 

Qeyd edək ki, 2014-cü ilin iyun ayında II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi planlaşdırılır.

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının Qran Pri mükafatını Birləşmiş Ərəb Əmirliklərindən Babək Amininin “Şübhəsiz, Dubay” filmi qazanıb. Ölkə, region, şəhər kateqoriyasında qızıl mükafatı "Skopye - Tarixlə gələcəyin qovuşduğu şəhər" (Skopje-The City Where History Meets the Future - Darko Mitrevski, Makedoniya), Mədəniyyət və ənənə kateqoriyasında "Marko Polonun axtarışında" (In Search of Marco Polo -Miro Brankoviç, Xorvatiya), ekstrimal turizm kateqoriyasında "Odlar yurdu" (Land of Fire - Filip Baribu, ABŞ, Azərbaycan), ekologiya turizm kateqoriyasında "Azadlığa doğru iki addım" (Rota Vicentina - Two Steps to Freedom - Danilo Uarik, Qonçalo Payksao, Portuqaliya), reklam filmləri kateqoriyasında "Çania - Ləzzət aləminə səyahət" (Chania - A Journey Through Its Flavours - Teo Papadoulakis, Yunanıstan), tv məhsulları kateqoriyasında "Zaqreb, şəhərdə tənəffüs" (Zagreb, A City-break - Madalina Neaqoe, Rumıniya) filmləri layiq görülüb.

Kateqoriyalar üzrə də iştirakçılara gümüş və bürünc mükafatlar təqdim olunub. Turizm festivalın Milli Mükafatı (qızıl priz) CBC TV-nin "CBCfilm" Televiziya Filmləri Studiyasının istehsalı olan, ssenarisi  Eldar İskəndərzadəyə məxsus, kinorejissor Vasif Məmmədzadənin “Şəhər içində şəhər” filminə verilib.  

Bu film həm də TV məhsullar nominasiyasında iknci yerə layiq görülərək gümüş mükafatı alıb. Jürinin xüsusi mükafatı isə “Qafqaza qayıdış” filminə verilib.

I Odlar Yurdu Foto Müsabiqəsinin qalibi isə “Bakı - İçərişəhər” foto layihəsi ilə Ərtoğrul Qafarov olub.

Qaynar.info