Xəbər lenti

Şəhid abidəsindən gül dibçəyini oğurlayan şəxs saxlanıldı
Ölkə11:16 07.01.2022

Şəhid abidəsindən gül dibçəyini oğurlayan şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləsuvarda gül dibçəyi oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində Vətən müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından dörd ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.