Xəbər lenti

Şəhid ailəsinin başına uçan evi - FOTOLAR
Ölkə14:46 12.05.2016

Şəhid ailəsinin başına uçan evi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 2006-cı ildə şəhidlik statusu verilmiş Polad Kərimovun Siyəzənin Gilgilçay qəsəbəsində yaşayan ailəsi mənzil şəraitlərinin dözülməz olduğundan şikayətçidir. 
Şəhidin anası Gülçöhrə Kərimova deyir ki, birmərtəbəli, çiy kərpicdən tikilmiş 2 otaqlı evləri 10 ildən çoxdur ki, qəzalı vəziyyətdədir. Evin dam və divar hissələrində iri çatlar əmələ gəlib. Yağış, qar yağanda daman otaqlarda qalmaq çox çətindir.
Ailə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün dəfələrlə mərkəzi və rayon təşkilatlarına müraciət etsə də problem yerində sayır.
"Hansı icra gəlirsə, yanına getmişəm. Elə deyir, xala, baxacağıq. Biri gəlir yaxşıdır, o biri gəlir yaşamaq olar. Vallah, yaşamaq olmur. Bir gün bu ev uçacaq və hamımız qırılacağıq. Bir gün uçacaq, hamımız qırılacağıq".
Şəhid
Şəhid Polad Kərimovun evi
Şəhidin qardaşı Elməddin Kərimovun sözlərinə görə, ev illərdir bərbad vəziyyətdədir. Ailə öz gücünə bir neçə dəfə təmir etməyə çalışsa da bu il vəziyyət daha acınacaqlıdır. 
Kərimovların problemi ilə bağlı Siyəzənin icra hakimiyyətinin baş memarı Səxavət Novruzov da danışdı. O deyir ki, şəhid ailələrinə mənzillərin inşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir.
"Onlar yeni evin tikintisini istəyirlər, ona görə bu məsələ nazirlik səviyyəsində həll olunmalıdır".
Qurumdan hələlik həmin ailənin evinin daxili imkanlar hesabına təmir ediləcəyinə vəd verilib. (anspress)
Şəhidin anası Gülçöhrə Kərimova
Baş memar Səxavət Novruzov
Şəhid ailəsinin məskunlaşdığı ev
Qaynarinfo.az