
Nizami Metrosunun yaxınlığında, Zivər Ağayev küçəsi ilə Əbilov küçəsinin kəsişməsində bu gün səhər saat 10:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
Qaynar.info-nun əməkdaşının verdiyi xəbərə görə, 65 saylı marşurut avtobusu piyadaya yol vermək istəyən "Nissan" markalı minik maşınını arxadan vurub. Nəticədə "Nissan" avtomobili özündən asılı olmadan qadın piyadanı vurub.
Hadisə yerinə təcili yardım çağırılıb və piyada xəstəxanaya çatdırılıb.
Ərazidə yaşayan sakinlərin əməkdaşımıza verdiyi xəbərə görə, piyada şəhid anasıdır.
Qaynar.info