Xəbər lenti

Şəhid çavuş təltif edildi
Ölkə05:31 16.06.2014

Şəhid çavuş təltif edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nəticədə Silahlı Qüvvələrimizin 1994-cü il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış hərbi qulluqçusu kiçik çavuş Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Qaynar.info