Xəbər lenti

Şəhid Elnur İbrahimov: "Ağlama sevgilim..." – FOTO
Ölkə09:40 01.08.2014

Şəhid Elnur İbrahimov: "Ağlama sevgilim..." – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həlak olmuş hərbçimizin Facebook-da yazdığı son status açıqlandı.

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərimizdən biri də Quba rayonundandır.

Rayonun Vladimirovka kənd sakini 1995-ci il təvəllüdlü İbrahimov Elnur Mühəddin oğlu erməni gülləsinə tuş gəlib.

Qaynar.info FaktXəbər-ə istinadən məlumat verir ki, Şəhid Elnur İbrahimov bu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdı. Onun sosial şəbəkədə son statusu isə belə olub:

Ağlama sevgilim, islatma yaylıq,
Mən əsgər gedirəm 18 aylıq!


O, sonuncü dəfə 3 gün bundan əvvəl sosial şəbəkədə olub.

Qaynar.info