Xəbər lenti

Şəhid əsgər Biləsuvarda torpağa tapşırıldı - FOTOLAR
Ölkə06:50 05.04.2016

Şəhid əsgər Biləsuvarda torpağa tapşırıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 3-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun 20 yaşlı əsgəri Novruzov Fərahim Nadir oğlu bu gün doğulduğu Biləsuvar rayonunun Səmədabad  kəndində torpağa tapşırılıb.
Qaynar.info xəbər verir ki, dəfn mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin zabitləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak edib.
Şəhidlə vida mərasimində çıxış edən icra başçısı Mahir Quliyev şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Fərahim Novruzovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirib.
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin atası Nadir Novruzov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub
Qaynar.info