Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn ediləcək.
Qaynarinfo.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Xaçmaz rayonunun Niyazoba kənd sakini 1988-ci il təvəllüdlü F. Qafarov anadan olduğu kənddə dəfn ediləcək.