Xəbər lenti

Şəhid kapitanın qızı hər kəsi göz yaşına boğdu – VİDEO
Ölkə17:50 09.05.2016

Şəhid kapitanın qızı hər kəsi göz yaşına boğdu – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İmişli rayonunun Göbəktala kəndində şəhid kapitan Nəcməddin Akif oğlu Savalanov son mənzilə yola salınıb.
Avropa.info xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kapitan Savalanov Nəcməddin Akif oğlu sağlığında "İgidliyə görə" medalı ilə təltif olunmuşdu.
Şəhid kapitan Savalanov Nəcməddin aprelin 2-də Lələtəpə yüksəkliyinin düşməndən azad olunması əməliyyatında yaralanmışdı. Mayın 8-i isə Bakı Hərbi Hospitalında vəfat edib.
Dəfn mərasimində şəhid kapitanın azyaşlı qızının atasının nəşi önündə bayraq haqda şeir söyləməsi Nəcməddin Savalanovu son mənzilə uğurlayanları göz yaşlarına boğub.
Qaynarinfo.az