Xəbər lenti

Şəhid Murad Xəlilov dəfn edildi
Ölkə09:02 18.11.2021

Şəhid Murad Xəlilov dəfn edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov  dəfn edilib. 
Qaynarinfo xəbər veirr ki, o, Şəmkir Şəhidlər xiyabanında böyük izdihamla son mənzilə yola salınıb. 
Dəfn mərasimində Şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və qazilər və sakinlər iştirak edib.
Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.
Allah rəhmət etsin!