Xəbər lenti

Şəhid olan gizirin medalı ailəsinə təqdim olundu
Ölkə12:02 19.05.2016

Şəhid olan gizirin medalı ailəsinə təqdim olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbycan Silahlı Qüvvələrinin şəhid olan gizirinin medalı ailəsinə təqdim edilib.

 "Report"un məlumatına görə, aprel ayında cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid  olan Azərbaycan ordusunun giziri 35 yaşlı Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra Prezident İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə ilə təltif olunub. 

Bu gün şəhidin doğulduğu Astara rayonunun Əzərüd kəndində medalın təqdimetmə mərasimi keçirilib. Şəhidin medalı ailə üzvlərinə təqdim edilib.

Qeyd edək ki, 1999-cu ildən hərbi xidmətdə olan şəhid P.Teymurov 2015-ci ildə də Prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdu. 

Qaynarinfo.az