Xəbər lenti

Şəhid olmuş hərbiçilərin siyahısı hazırlanır
Ölkə07:51 17.04.2013

Şəhid olmuş hərbiçilərin siyahısı hazırlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) Qarabağ müharibəsində və atəşkəs dövründə hərbi xidmət zamanı cəbhədə şəhid olmuş şəxslərin siyahısını açıqlayacaq.

APA-nın məlumatına görə, artıq siyahının hazır olan bir hissəsi SHÇDX-nin rəsmi internet saytında yerləşdirilib.

Siyahıda yalnız hərbi xidmət zamanı və döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin adları yer alır. Mülki şəhidlər siyahıya daxil deyil.

Bununla da, Azərbaycanın döyüş əməliyyatlarındakı itkiləri barədə dəqiq məlumat əldə etmək mümkün olacaq.

Dövlət Xidməti öz saytında Böyük Vətən Müharibəsində iştirak etmiş və hazırda yaşayan veteranların da siyahısını açıqlayıb.

Qaynar.info